ABŞ-dan kürdlərin kefini pozacaq AÇIQLAMA

05.03.2016 20:01     Dünyadan reaksiya     979

ABŞ Xarici İşlər nazirliyinin sözçüsü Con Kirbi Suriyada atəşkəsin təmin edilməsi üçün səyləri gücləndirəcəklərini bildirib.   

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Kirbi daha sonra qeyd edib ki, ölkənin ərazi bütövlüyünü qoruyacaq qüvvələrin hakimiyyətə gəlməsinə dəstək verəcəklər və ölkədə kürdlər üçün ayrıca bölgə ayrılmasına tərəfdar deyillər.  

Kibri uyğun suala cavab olaraq deyib ki, Suriyanın federallaşması müzakirə mövzusu deyil: "Əgər mənə kürdlər üçün muxtariyyət istəyirsinizmi" sualını vermək istəyirsinizsə, cavabım "xeyr" olacaq. Biz Suriyada məzhəb ayrılığını qəbul etmirik, ölkəni bütöv olaraq görürük. Hazırda Suriyada müxalifətlə iqtidarın dialoquna can atırıq. Mümkün olsa Suriyada xalqın maraqlarını ifadə edəcək iqtidar hakimiyyətə gələ bilər. Amma bizim Əsədlə bağlı mövqeyimiz dəyişməzdir. Suriyanın gələcəyində Əsədin yeri yoxdur. Gələcək hakimiyyətdə o olmayacaq". 

Şərhlər