`Ağır günlərində İranın yanında idik` - Davudoğlu
05.03.2016 20:13 Dünyadan reaksiya 1001
İran və Türkiyə sabitsizlik, terror təhlükəsi, etnik və təriqətlərarası münaqişələr kimi problemlərin öhdəsindən gəlmək üçün ümumi yanaşma işləyib hazırlamalıdırlar.
AzVision.az xəbər verir ki, bu fikirləri İranda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
İranın vitse-prezidenti İshaq Cahangirilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verən Davudoğlu bildirib ki, Ankara ilə Tehran arasında fərqli baxışlar olsa da, ölkələr bölgə problemlərini birgə, xarici müdaxilə olmadan həll etməlidirlər.
İshaq Cahangiri isəə qeyd edib ki, qonşular arasında problemlər danışıqlar masası arxasında razılaşdırılmalıdır.
Türkiyənin baş nazirinin sözlərinə görə, Tehrana qarşı sanksiyaların ləğvindən sonra ölkələr arasında ticarət mübadiləsinin həcmi artırıla bilər.
“Nüvə məsələsinə görə, ağır günlərdə olduğu vaxtda biz İranın yanında idik. İrana qarşı beynəlxalq təzyiqlər və sanksiyaların ləğvinə ən çox biz sevinirik. Mümkündür ki, İranla bəzi məsələlərdə fikir ayrılığımız olsun. Lakin iki ölkə arasında qədimi qonşuluq tarixi və bir-birini tamamlayan coğrafiya var. Əgər Türkiyənin təcrübəsi və İranın gözəlliyi birləşərsə hər iki ölkə turizm sahəsində ən böyük gücə çevriləcək”.
Şərhlər