Qarabağın qaytarılmasını istəyən erməni ölkəsindən qaçdı - ölüm təhdidi
05.03.2016 20:49 Dünyadan reaksiya 909
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan Ermənistan vətəndaşı, tanınmış ictimai xadim Qeorqi Vanyan ölkəsindəki təqiblərdən qaçaraq Almaniyaya sığınıb (publika.az). Ermənistanda təqiblər və ölüm təhdidi ilə üzləşən Q. Vanyan “Hamburger Stiftung für politisch Verfolgte” Fondunun dəstəyi ilə Hamburga köçüb.
Xatırladaq ki, Vanyan münaqişənin sülh yolu ilə həllinin, həmçinin vətəndaş diplomatiyasının inkişaf etdirilməsinin tərəfdarıdır. “Lakin Ermənistan hökumətində təmsil olunan millətçilər siyasi fəalı öldürməklə hədələyir”, – deyə məlumatda qeyd edilir.
Fond onu da yada salır ki, Q. Vanyan 2012-ci ildə Azərbaycan filmlərinin festivalını təşkil etməyə cəhd edib: “Lakin erməni millətçiləri bunun qarşını aldılar. Telefon danışıqları və internet yazışmalarında millətçilərin Vanyanı öldürməklə hədələdiyi ortaya çıxdı. Hətta festivalın rejissoruna fiziki hücumlar da edilib. Ermənistan telekanalları onu ”milli satqın” kimi damğalamağa başladılar. Daha sonra onun yaşadığı evə hücumlar edildi. İndi biz çox şadıq ki, Vanyan təhlükəsiz şəkildə yaşaya biləcək”.
musavat.com
Şərhlər