Rusiyada neft yatağında partlayış olub, ölən və xəsarət alanlar var

05.03.2016 22:50     Dünyadan reaksiya     864

Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.
 
Məlumata əsasən, “Yarudeysk” neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib. 
 
Hadisə ilə bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar