İraqda terror - 39 nəfər həlak oldu

06.03.2016 17:24     Dünyadan reaksiya     1059

İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 35 nəfər həlak olub.

Reaksiya.info-nun APA-ya istinadən verdiyi məlumata görə, maşın polis postu yaxınlığında partladılıb.

Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.

Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. 

Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin fevral ayında İraqda törədilən terror aktlarında 670 nəfər həlak olub, 1000-dən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir. 

Şərhlər