Gürcüstan-Rusiya avtomobil yolu bağlanıb

07.03.2016 00:09     Dünyadan reaksiya     931

Gürcüstan-Rusiya avtomobil yolu bağlanıb.  

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb hava şəraitinin kəskinləşməsidir.    

“Rusiya-Gürcüstan sərhədində avtomobil yolu Moskva vaxtı ilə 19:30-dan etibarən xüsusi sərəncamadək bağlıdır”, deyə Şimali Osetiya üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin nümayəndəsi bildirib.  

Qeyd edək ki, Gürcüstan-Rusiya avtomobil yolu mütəmadi olaraq əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanır. Son dəfə yol qar uçqunu nəticəsində bağlanmışdı. 

Şərhlər

Çox oxunanlar