Rusiyada yaşayış evində yanğın olub, dörd nəfər ölüb

07.03.2016 10:02     Dünyadan reaksiya     872

Rusiyanın Ufa şəhərində evdə baş verən yanğın zamanı 4 nəfər ölüb.

 

Reaksiya.info-nun APA-ya istinadən xəbərinə görə, Rusiya İstintaq Komitəsinin Başqırdıstan vilayəti üzrə İstintaq İdarəsinin yaydığı məlumatda bildirilir yanğın martın 7-nə keçən gecə kərpicdən tikilmiş fərdi yaşayış evində baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 4 nəfərin meyiti aşkar edilib. Onların kimliyi müəyyənləşdirilir.

 

Hazırda istintaq öncəsi araşdırma aparılır. Yanğın-texniki və məhkəmə-tibbi ekspertiza təyin olunub. 

Şərhlər