Fahriye və Burakın "Çalıkuşu" serialı məhkəməlik oldu

07.03.2016 10:37     Dünyadan reaksiya     1066

Yazıçı Rəşad Nuri Güntəkinin "Çalıkuşu" romanının qəhrəmanı Fəridənin nəvəsi Səbahəttin Topçu "Tims Yapım"ı məhkəməyə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "Çalıkuşu Fəridə" markasının həqiqi, patentləşdirilmiş sahibi olduğunu iddia edərək, üç ildir ki, bunu rəsmiləşdirdiyini deyib.

Səbahəttin Fahriye Evcen və Burak Özçivitin çəkildiyi serialda nənəsinin adının istifadəsini qeyri-qanuni adlandırıb. Topçunun vəkili fikrini ərizədə "Çalıkuşu ifadəsinin müvəkkilimdən başqa kiminsə işlətməsi mümkün deyil" şəklində bildirib.

Şərhlər