Türkiyə prezidentinin qızı ərə gedir
07.03.2016 20:05 Dünyadan reaksiya 1277
Ərdoğanın 4 övladından biri iş adamının oğlu ilə sözlənib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı ərə gedir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dövlət başçısının qızı Sümeyye Erdoğanın "hərisi" olub. Gənc xanım pilotsuz təyyarə emalı ilə məşğul olan "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğlu Səlçuk Bayraktarla sözlənib.
Massaçusetts Teknologiya İnstitutunda magistr təhsili alan 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan qurğu üzərində çalışan heyətin rəhbəridir. Bayraktar ailəsi xəbəri təsdiqləyib. Yaxın zamanda cütlüyün nişan mərasimi də baş tutacaq.
11 ildir ki, ailə şirkətində çalışan Selçuk Bayraktar bir çox milli sistemin yaradılmasında rol alıb.
Sümeyye Erdoğan prezidentin 4 övladından biridir. O, 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.
Şərhlər