Angela Merkel Türkiyəni qaçqın məsələsində haqlı gördü
07.03.2016 20:43 Dünyadan reaksiya 953
Reaksiya.info-nun türk mediasına istinadən xəbərinə görə, Brüsseldə keçiriləcək Türkiyə AB qaçqın zirvəsindən əvvəl, Almaniya Baş naziri Angela Merkel Almaniyanın "Bild am Sonntag" qəzetinə müsahibə verib.
Merkel "Zirvədən nə gözləyirsiniz?” sualına belə cavab verdi:" Ötən fevral ayında son AB Şurası toplantımızda 28 AB üzvü olaraq görüşüb müzakirə etdiyimiz mövzuların həyata keçməsini istəyirəm. Biz bu problemin öhdəsindən yalnız birlikdə hərəkət edərək gələ bilərik. Zirvədə üç əhəmiyyətli yer var. Birincisi Türkiyə-AB gündəmi. Məsələn, Türkiyədəki qaçqınlara kömək etmək üçün verəcəyimiz 3 milyard Avro hansı layihələrə gedəcək?
İkinci sual, AB-nin xarici sərhədlərini necə qoruyacağıq?
Üçüncüsü isə çox çətin vəziyyətdə olan və yükü tək başına daşıya bilməyən Yunanıstana necə kömək edəcəyik? "
Merkel, "Tək başına maliyyə yardımı yetərli olar mı?” sualına isə bu cavabı verdi: "Biz keçən il bir milyondan az qaçqın aldıq. Ondan əvvəlki il isə 230 min qaçqın. Türkiyə isə 2.5 milyona yaxın qaçqın aldı və indi haqlı olaraq 'Mən bu yükü Avropa ilə paylaşmaq istəyirəm 'deyir. Bizim verəcəyimiz pul ilə Türkiyə, Suriyalı qaçqın uşaqlar üçün məktəblər açdıra və qaçqınların çalışması üçün imkanlar yarada bilər. Yunanıstanda indi 30 min qaçqın var. Yunanıstan bizim dəstəyimiz ilə bunun öhdəsindən gələ bilər. "
Merkel, "Bəs ananız qaçqınlar mövzusunda nə düşünür?" sualını isə belə cavablandırdı: "Anam da Almaniyadakı bir çox insan kimi düşünür. Çətin vəziyyətdə olan insanlar bizə gəlir. Terrordan və döyüşdən qaçırlar və biz bu insanlara kömək etmək istəyirik. Amma anam, o biri bir çox insan kimi bunu da görür ki, həqiqətən qorunmağa ehtiyacı olan insanlara kömək edə bilmək üçün əsas bir təhlükə olmadığı halda qaçıb bizə gələn insanların burada qalma haqqı yoxdur. "
Şərhlər