“Mən anamın ayağını öpdüm, siz də öpün” - Ərdoğandan 8 Mart çıxışı

07.03.2016 22:37     Dünyadan reaksiya     967

Türkiyə prezidenti Dünya Qadınlar Gününə həsr olunan tədbirdə çıxış edib.
 
Moderator.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, prezident Ərdoğan çıxışında bildirib ki, dünyanın hər yerində necə məzlumların yanındayıqsa, bütün qadınların da sona qədər yanındayıq:
 
“Bizim mədəniyyətimizdə qadınlar cins olaraq deyil, insan olaraq qəbul edilir.
 
Dünyadakı qadın aksiyaları qadınların ən çox zərər gördüyü yerlərdə ortaya çıxıb.
 
Qadın olmaq demək, əvvəldən imtiyazlı olmaq deməkdir.
 
Bizim inancımızda cənnət qadınların ayaqları altındadır. Bu səbəbdən ayaqlarını öpmək lazımdır. Mən anamın ayağını öpdüm, siz də öpün”

Şərhlər