Rusiya NATO-nu parçalamaq istəyir - ŞOK İTTİHAM

08.03.2016 10:17     Dünyadan reaksiya     917

"Rusiya NATO-nu parçalamaq istəyir". Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib:

"Uzun müddətdir Rusiyanın qonşuları qorxutmaq və alyansı bölmək üçün siyasət apardığını müşahidə edirik. Ancaq bu cəhdlər uğursuza düçar olub, çünki biz Rusiyaya birgə cavab veririk".

O əlavə edib ki, alyans Rusiyanın Suriyada və Aralıq dənizində güclənməsindən narahatdır: "NATO da cavab tədbiri olaraq, Türkiyə və Aralıq dənizinin şərqində hərbi varlığını artırmaq məcburiyyətindədir".

Qeyd edək ki, fevralda NATO Rusiya sərhədləri yanında alyansın hərbi kontingentinin genişlənməsi ilə bağlı qərar qəbul edib. 

Şərhlər