Hakim futbol oyunu zamanı öldü

08.03.2016 15:49     Dünyadan reaksiya     920

Türkiyədə futbol matçında hakim dünyasını dəyişib.

 

Teleqraf.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Balıkəsirdə keçirilən həvəskar liqa qarşılaşmasında qeydə alınıb. 17 yaşındakı Halil Berke Aygün adlı hakim oyunun 32-ci dəqiqəsində yerə yıxılıb.

 

Dərhal xəstəxanaya aparılan hakimin infarkt keçirdiyi məlum olub. Gənc hakim müdaxilələrə baxmayaraq xilas edilməyib. Qarşılaşma köməkçi hakim tərəfindən davam etdirilib. "Gündoğan Çeltikspor" - "Bostancıspor" qarşılaşmasında ev sahibi 2-1 hesabı ilə qalıb gəlib.

 

Digər həvəskar liqa qarşılaşmasında "Üzümlüspor" - "Göbelspor" üz-üzə gəlib. Futbolçular və hakimlər meydançaya çıxıb hazırlaşarkən Aygünün dünyasını dəyişdiyi xəbəri gəlib. Bu məlumatdan sonra hakim Aykut Kuvvətli matçı təxirə salıb.

Şərhlər

Çox oxunanlar