Serdar Ortaçın bu halı sevənlərini kədərləndirdi - FOTO
08.03.2016 16:13 Dünyadan reaksiya 1212
Müğənni Serdar Ortaç İstanbul küçələrində velosiped sürərkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ayaqlarını çətinliklə hərəkət etdirən ifaçı bu halı ilə görənləri kədərləndirib. Serdar zarafat edərək "aləm Ferrari sürər, mən velosiped" deyib.
O, ayaqlarını hərəkət etdirmək üçün buna məcbur qaldığını bildirib. Ortaç həyat yoldaşı Kloe haqda da danışıb:
"Dörd ildir evliyik, uğurlu gəldi mənə. Üzük taxmaq bir az da məsuliyyət tələb edir. Kloe "gəncliyimi yaşayım, darıxanda uşaq dünyaya gətirəcəyəm" deyib. Mən də onu gözləyirəm".
Şərhlər