ABŞ-da ilkin seçkilər - Tramp yenə uddu, Klinton gerilədi

09.03.2016 10:42     Dünyadan reaksiya     1032

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Tramp Missisipi və Miçiqan ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib.

 

 AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, milyarder bu ştatlarda müvafiq olaraq 50 və 37 faiz səs toplayıb. 

Onun əsas rəqibi Ted Kruz isə Missisipi ştatında 34% çox səs toplaya bilib. Miçiqan ştatında isə Kruz 24% səslə üçüncü olub. 

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd, sabiq dövlət katibi Hillari Klinton Missisipi ştatında keçirilən seçkilərdə 83% səs toplayaraq ilkin seçkilərdə qalib gəlib.

Onun Demokrat partiyasından olan əsas rəqibi Berni Sanders isə Miçiqan ştatında 51% toplayaraq, sabiq dövlət katibi Hilari Klintona (47%) qalib gəlib. 

Şərhlər