İrəvan polisindən ultimatuma cavab - "İmkan verməyəcəyik"
05.07.2015 12:59 Dünyadan reaksiya 1811
Ermənistanın güc strukturları Baqramyan prospektini əhatə edən barrikadaların prezident sarayına tərəf irəliləməyinə icazə verməyəcək.
ANS PRESS-in məlumatına görə, BBC-Rusiya xəbər verir ki, bu sözləri İrəvan polis rəisi müavini Valeri Osipyan deyib.
İrəvan polisi izdihamın irəliləməyinin qarşısını almağa çalışır
Bu daha əvvəl manifestantların hakimiyyətə qarşı irəli sürdüyü ultimatıma cavab kimi qiymətləndirilir. Belə ki, etirazçılar ayın 6-sı bazar ertəsi axşamına kimi öz tələblərinin yerinə yetirilmədiyi təqdirdə prezident iqamətgahına qarşı hər gün bir addım irəliləyəcəkləri barədə ultimatum veriblər.
“Talana yox” ictimai aksiyasının üzvləri
Xatırladaq ki, 19 iyun tarixində İrəvanda elektrik enerjisinin qiymətinin qalxmasına qarşı “Talana yox” adlı ictimai hətəkata start verilib. 23 iyun tarixinin səhəri polis demonstrantların dağıdılması yönündə əməliyyat keçirir. Polisin məlumatına görə, həmin vaxt 237 nəfər saxlanılır. Toqquşmalarda mitinq iştirakçılarından 7, asayiş qoruyucularından isə 11 nəfər xəsarət alıb. Bununla bərabər Ermənistan səhiyyə nazirliyi daha 25 nəfərin tibbi kömək istəməsi barədə məlumat yayıb. Aksiya həmin günün axşamı yenidən bərqərar olub. Etirazçılar zibil yeşiklərindən barrikadalar quraraq mərkəzi Baqramyan prospektini bağlayıblar. Polis danışıqlar vasitəsilə magistral yolun açılmasına cəhd göstərir. Son məlumata görə, saxlanılanların hamısı evlərinə buraxılıb, 23 iyun mitinqin dağıdılması faktı ilə əlaqədar cinayət işi açılıb.
Qeyd edək ki, mitinq zamanı Rusiyaya qarşı da şüarlar səslənir.
Şərhlər