Putinə sanksiya tətbiq edilə bilər - Avropalı deputatlardan müraciət

09.03.2016 11:55     Dünyadan reaksiya     923

Avropa Parlamenti deputatları AB diplomatiyasının rəhbəri Federik Moqerinini Rusiya prezidenti Putinə qarşı sanksiya tətbiq etməyə çağırıblar.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, deputatlar, həmçinin sanksiyaların Nadejda Savçenko işi ilə bağlı daha 28 nəfərə tətbiq edilməsini istəyiblər.

57 parlamentari tərəfindən yazılan məktubda adıçəkilən şəxslər “Savçenkonun oğurlanması ilə bağlı siyasi qərara görə məsul olmaqda, onun Rusiya ərazisinə gətirilməsində, qanunsuz saxlanması və saxta ittihamla təqdim olunmasına görə” məsuliyyət daşıyırlar.

Putindən başqa, siyahıda Federal Xidmət Bürosu rəhbəri, Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə rəhbəri, İstintaq Komitəsinin rəhbəri, tanınmayan Luqansk Xalq respublikası liderinin də adı var.

Müraciətin mətnini polşalı parlamentari Yatsek Volskiy tvitter hesabında yerləşdirib.

Parlamentarilər hesab edir ki, sanksiyalara Avropa vizasının verilməsi qadağası, Avropa Birliyi ərazisindəki bütün aktivlərin dondurulması daxil edilməlidir.

Qeyd edək ki, Nadejda Savçenko Ukrayna ərazisində iki rus jurnalistin ölümündə ittiham edilir
Prokurorluq onun 23 il azadlıqdan məhrum edilməsini tələb edib.

Şərhlər