Türkiyəni qan gölünə çevirəcəklər - BU TARİXƏ DİQQƏT!

09.03.2016 12:04     Dünyadan reaksiya     1148

PKK, PYD (PKK-nın Suriya qolu) və solçu terror təşkilatları martın 20-də Türkiyəni qan gölünə çevirmək üçün genişmiqyaslı terror aktlarına hazırlaşır.

 

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Kommunist Partiyası (MLKP) terror təşkilatları martın 11-də hərəkətə keçəcək.

 

Martın 20-də isə Qəndilin təlimatı ilə 11 min PKK-çı Hakkari vilayətinin Yüksekova  mahalını “azad edilmiş bölgə” elan edəcək. Suriyadan gələcək 8 min PYD-li isə Türkiyədəki təhlükəsizlik nöqtələrinə hücum etməyi planlaşdırır.

 

Məlumata görə, Türkiyədə böyük şəhərləri qan gölünə çevirmək istəyən terror təşkilatlarını silah və sursatla Suriyanın kəşfiyyat qurumu “Əl-Muhaberat” təmin edir. Hücumlarla əlaqədar 81 vilayətin valilikləri və təhlükəsizlik gücləri xəbərdar olunub.

 

Qeyd edək ki, hələ fevralın əvvəlində Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) DHKP-C, (MLKP), TİKKO (erməni terror təşkilatı kimi tanınır) və İnqilabçı Qərargah terror təşkilatlarının qanlı planlarını ifşa edib. MİT-in məlumatına görə, terror təşkilatları Qəndildə PKK ilə görüşərək yazda böyük səs-küy gətirəcək terror aktlarının həyata keçirilməsi barədə razılaşıblar.

 

Məlumata görə, DHKP-C, MLKP, TİKKO, PKK və İnqilabçı Qərargah terror təşkilatlarının nümayəndələri yanvarın 15-də Qəndildə görüşüb. Görüşdə PKK-nın Türkiyənin qərb vilayətlərinə göndərdiyi “fədai taqımları” ilə terror təşkilatlarının “ortaq strategiya” həyata keçirilməsi razılaşdırılıb. Böyük vilayətlərdə partlayıcı yüklü avtomobillərdən istifadə edilməsi mövzusunda razılıq əldə olunub.

Şərhlər