Rusiya təyyarəsi dənizə düşdü - Ölən və yaralananlar var

09.03.2016 12:22     Dünyadan reaksiya     1139

Banqladeşdə AN-26 yük təyyarəsi qəzaya uğrayıb. 


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, “True Aviation” şirkətinə məxsus təyyarə səhər saatlarında dənizə düşüb. Təyyarənin göyərtəsində 4 nəfər olub. Onlardan 2-si yerli balıqçılar tərəfindən tapılaraq xəstəxanaya aparılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan 1-i vəfat edib, digərinin isə vəziyyəti ağırdır. Qalan 2 nəfərin axtarışları davam edir. 

“Göyərtədə olan 4 nəfərin hamısı Rusiya vətəndaşı olub” , -deyə polis nümayəndəsi Aslam Xosseyn bildirib. 

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. 

Qeyd edək ki, qəza edən təyyarə yük təyyarəsidir. Koks-Bazar və Cessor şəhərləri arasında krevetlərin nəqli üçün istifadə olunub. 

Şərhlər