Nyu-York məhkəməsi: İran 11 sentyabr qurbanlarının ailələrinə 10,5 milyard dollar ödəməlidir - VİDEO
10.03.2016 14:35 Dünyadan reaksiya 1254
Nyu-York məhkəməsində İranın 11 sentyabr terror aktları zamanı ölənlərin ailələrinə və sığorta şirkətlərinə 10,5 milyard dollar təzminat ödəməsi haqqında qərar qəbul edilib.
APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu məbləğin 7,5 milyard dolları Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarında və Pentaqon binasında ölənlərin ailəsinə verilməlidir.
2001-ci ilin 11 sentyabr tarixində baş vermiş terror aktları ilə əlaqədar sığorta ödənişləri edən sığorta şirkətlərinə isə 3 milyard dollar ödənilməlidir.
Nyu-York dairə məhkəməsinin hakimi Corc Deniels bildirib ki, İran Nyu-York, Vaşinqton və Pensilvaniya ştatında terror aktları törətmiş 19 terrorçuya yardım göstərilməsinə dair ittihamları təkzib edə bilməyib. Buna görə də İran terror aktlarının vurduğu ziyana görə məsuliyyət daşımalıdır.
Şərhlər