"Xoşuna gəlmirsə, get..." - Nazirdən vətəndaşa cavab
06.07.2015 09:51 Dünyadan reaksiya 2061

Yunanıstanda çılğın xarakteri ilə seçilən maliyyə naziri Yanis Varufakisin referendum öncəsində küçədən keçərkən ondan şikayət edən vətəndaşla mübahisəsi düşüb. Dimitri adlı vətəndaş nazirə “bu nə cür yaşayışdır, siz bizə daha yaxşı həyat vəd vermişdiniz” sualı ilə müraciət edib.
Nazir onunla tam səmimi söhbət edib və bildirib ki, əgər onun siyasətinə qarşı çıxarsa, getsin və referendumda Avropanın ağır islahat şərtlərinə “hə” desin. Nazir əgər xalq hökumətə qarşı çıxsa, o, elə həmin gün vəzifəsindən istefa verəcəyini vurğualyıb. Varufakisin xalqa hökumət əleyhinə səsvermə şansı tanıyan yeganə hökumət olduqlarını deyib. Vətəndaş nazirə ona qarşı səs verəcəyini və daha sonra onun addımlarını izləyəcəyini deyib.
Şərhlər