Türkiyə çətin durumda - Liviyaya silah satışı
11.03.2016 12:34 Dünyadan reaksiya 1147
BMT Təhlükəsizlik Şurası Liviyaya qanunsuz silah tədarükü hesabatına baxacaq.
Bu barədə informasiyanı ABŞ-ın “Val Strit Jurnal” qəzeti yayıb. Hesabata əsasən, Birləşmiş Ərəb Əmirliyi, Misir və Türkiyənin İordaniyadan keçməklə Liviyaya qanunsuz silah göndərdiyi bildirilib. Üstəlik, bəzi özəl şirkətlər də belə qanunsuz ticarətdə iştirak ediblər.
Qeyd edək ki, Liviyaya silah satışına 2011-ci ildən embarqo qoyulub.
(Axar.az)
Şərhlər