Kremldən geri addım – “erməni soyqırımı” layihəsi geri çəkildi

11.03.2016 13:07     Dünyadan reaksiya     1057

“Erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Rusiya Dövlət Dumasından geri çəkilib.

 
 Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçev bildirib.

 

Onun sözlərinə görə, Rusiya hökuməti və Konstitusiya Məhkəməsi qanun layihəsinə qarşı çıxıb.

 

Qeyd edək ki, qanun layihəsi Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından bir gün sonra - 25 noyabr 2015-ci il tarixində Dövlət Dumasına təqdim olunmuşdu.

 

Rusiyanın “Ədalətli Rusiya” Partiyası tərəfindən hazırlanan qanun layihəsi  “erməni soyqırımı”nı inkar edənlərin 5 il müddətinə azadlıqdan mərhum edilməsini və yaxud da 500 min rubl (təxminən 7800 dollar) cərimə olunmasını nəzərdə tuturdu.

Şərhlər