Kremlin Qarabağla bağlı son mövqeyi
11.03.2016 16:57 Dünyadan reaksiya 951
"Qəti qərarları yalnız münaqişə iştirakçıları verməlidir"
“Qarabağ münaqişəsinin həlli ilə bağlı son qərarları Azərbaycan vəErmənistan verə bilər”. ANS PRESS-in məlumatına görə, bu sözləri Kremlinmətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işlərini davam edirir. Bu bir dəfəyə həll olunan məsələ deyil, ardıcıl addımlar tələb olunur. Nə beynəlxalq vasitəçilər, nə də Rusiya Ermənistan və Azərbaycanın əvəzinə münaqişəni nizamlaya bilməz. Qəti qərarları yalnız münaqişə iştirakçıları verməlidir",-deyə Peskov bildirib.
Peskov bu bəyanatı Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərindən sonra verib. Ötən gün Serj Sarkisyan Rusiya prezidentiVladimir Putinlə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, Avrasiya məkanında inteqrasiya prosesləri ilə uyanaşı Qarabağ münaqişəsidə müzakirə olunub.
Prezidentilərin görüşündən sonra Sarkisyan Putinə Qarabağ münaqişəsində tutduğu mövqeyə görə təşəkkür edib.
"Biz bu münaqişənin sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha bəyan edirik. Mən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə, Sizə təşəkkür etmək istəyirəm", - deyə Sarkisyan deyib.
Sarkisyan bu təşəkkürü Qarabağ işğal altında qaldıqca dəfələrlə təkrarlayacaq. Çünki hazırkı vəziyyət Ermənistana iqtisadi cəhətdən sərfəli olmasa da, siyasi cəhətdən sərfəlidir. Peskovun bu bəyanatı isə Rusiyanın Ermənistan vərdiyi siyasi dəstəyin bariz nümunəsidir. Rəsmi Kreml bu açıqlaması ilə münaqişəsinin həllindən geri çəkildiyini açıq şəkildə bəyan edir. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin həllində və tərəfləri kompromisə gətirmək üçün səy göstərəcəyi ilə bağlı öhdəlik götürüb.
Şərhlər