Enrike İqlesiyasın 64 yaşlı anası Nobel mükafatçısının ailəsini dağıtdı
06.07.2015 11:47 Dünyadan reaksiya 1877
"Nobel" mükafatının sahibi sevgilisinə görə, 50 illik həyat yoldaşını atıb.
ANS PRESS-in məlumatına görə, perulu yazıçı 79 yaşlı Mario Varqas Lyosa 50 illik arvadından ayrılmağa qərar verib. Buna səbəb isə onun başqa qadına aşiq olmasıdır.
Evliliyin dağılmasına səbəb dünya şöhrətli müğənni Enrike İqlesiyasın gözəlliyi ilə tanınan anasıdır. İsabel Preyslerin indi 64 yaşı olsa da, o cazibəsini qoruyub saxlaya bilib.
Keçmiş gözəllik kraliçası olan əslən fillipinli Preysler ilə yazıçı Portuqaliyada birlikdə tətil edərkən görüntüləniblər. Bundan sonra Varqas Lyosa mövzu ilə bağlı "Hola!" qəzetinə açıqlama verməli olub.
"Münasibətlərimiz normal davam edir. Amma şəxsi həyatımla bağlı danışmaq istəmirəm və İsabel də bu mövzuda mənimlə razılaşır".
Lyosanın üç uşağının anası ilə yarım əsrlik evliliyini biritməsi isə ölkə mətbuatı tərəfindən birmənalı qarşılanmayıb. Yazıçı hələ aprel ayında ayrılıq siqnalını vermişdi.
"O, bu dəfə adi şorgözlük deyil. Madridə qayıdan kimi evimizi tərk edəcəyəm. Mən xoşbəxtliyin necə olduğunu öyrəndim və bunu dadmaq üçün çox vaxtım yoxdur".
Şərhlər