Moskvadan İstanbula uçan təyyarədə `bomba` həyəcanı
11.03.2016 17:05 Dünyadan reaksiya 953
Rusiyanın Domodedovo Hava Limanında Moskva-İstanbul reysi üzrə hərəkət edən təyyarədə “bomba” həyəcanı yaşanıb.
Reaksiya.info AzVision.az-a istinadən xəbər verir ki, təyyarədəki sərnişinlərdən birinin telefonla “özümlə bomba götürmüşəm” deməsi sərnişinləri təşvişə salıb.
Təyyarədən endirilən Vladislav Draqunov bomba deyərkən tənəffüs cihazını nəzərdə tutduğunu bildirib. Belə ki, Vladislav Draqunovun Astma xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Şərhlər