Rusiya Ukraynaya nota verdi

11.03.2016 17:55     Dünyadan reaksiya     1071

“Ukraynanın Kiyev, Odessa və Lvov şəhərlərində Rusiyanın diplomatik nümayəndəliklərinə hücumlar əvvəlcədən planlaşdırılıb”.

 

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, aktivistlərin hərəkətləri Ali Radanın deputatları tərəfindən bəzi hallarda istiqamətləndirilib. 

O deyib ki, artıq baş verən hadisələrlə bağlı Rusiya Ukraynaya nota verib. Notada ekstremistlərin provokasiya xarakterli addımlarına xüsusi nəm verilib.

 

 

(AzVision.az)

Şərhlər