Klinton: Putin adi bir insan deyil, davamlı qarşılıqlı əməkdaşlıq lazımdır
06.07.2015 10:24 Dünyadan reaksiya 1959
ABŞ prezidentliyinə namizəd, keçmiş xarici işlər naziri Hillari Klinton Rusiya prezidenti Vladimir Putinin adi bir insan olmadığını, Moskva ilə davamlı qarşılıqlı əməkdaşlıq edilməli olduğunu ifadə edib.
Rusiyanın mətbuatının verdiyi xəbərə görə, Glen şəhərində (ABŞ) tərəfdaşları ilə bir araya gələn Klinton Vaşinqtonun Putin ilə əlaqələrində daha ağıllı davranmalı olduğunu qeyd edib. Putin ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan ABŞ prezidentliyinə namizəd namizədi, "O (Putin) adi bir insan deyil. Məncə davamlı qarşılıqlı şəkildə əməkdaşlıq şərtdir. Başqa alternativ görmürəm" - deyib.
ABŞ - ın keçmiş xarici işlər naziri Klinton "Hard Choices" (Çətin arzularım) adlı kitabında Barak Obama prezidentliyi dövründə çalışdığı əsnada prezidentə gələcəkdə Rusiya ilə “çətin günlərin” yaşanacağı məsələsində xəbərdarlıq etdiyini bildirmişdi.
Şərhlər