BMT-də İran müzakirəsi

12.03.2016 12:12     Dünyadan reaksiya     928

ABŞ martın 14-də BMT Təhlükəsizlik Şurasında İranın ballistik raketlər buraxması məsələsini qaldıracaq.

“Qafqazinfo” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı cümə günü ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer verib. Xanım Pauer bildirib ki, Vaşinqton da öz növbəsində Tehranın hərəkətlərinə birtərəfli cavab hazırlayır.

BMT-nin baş katibi Pan Gİ Mun isə Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları hələ bu yaxınlarda ləğv etdiyini xatırladaraq, onu təmkinli və ehtiyatlı olmağa çağırıb.

Xatırladaq ki, İran daha əvvələr də müxtəlif sinfə məxsus raketlər istehsal edib.

Şərhlər

Çox oxunanlar