Şimali Koreyaya məxsus sualtı qayıq yoxa çıxıb - VİDEO
12.03.2016 21:47 Dünyadan reaksiya 1090
Sualtı gəmi ilə həftənin əvvəlindən əlaqə kəsilib.
Şimali Koreyanın sualtı qayığı yoxa çıxıb. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ -dakı hərbi mənbə CNN telekanalına məlumat verib.
Medianin yaydığı məlumata görə, güman edilir ki, sualtı gəmi Şimali Koreyanın şərq sahilində batıb və ya təlim zamanı texniki nasazlıq səbəbindən yararsız vəziyyətə düşüb.
Bəzi ehtimallara görə, qayıq fırtınaya düşdüyü üçün onun yerini müəyyən etmək olmur.
Hərbi gəmilər və hərbi hava qüvvələri sualtı qayığı axtarışı ilə məşğuldur. Məlumatda bildirilir ki, sualtı gəmi ilə həftənin əvvəlindən əlaqə kəsilib.
Son vaxtlar isə Şimali Koreya və ABŞ arasında münasibətlər yenidən gərginləşib. Gərginliyə səbəb isə Şimali Koreyanın beynəlxalq etirazlara baxmayaraq raket və nüvə silahı sınaqlarını həyata keçirməsidir.
BMT Təhlükəsizlik Şurası (TŞ) nüvə fəaliyyətinə davam etdiyi üçün Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Nəticədə mövcud sanksiyalar daha da sərtləşdirilib.
Qərarı Türkiyənin də arasında olduğu 50-dən artıq ölkə dəstəkləyib. Qərara əsasən, Şimali Koreyaya gedən və bu ölkədən çıxan bütün yüklərin şübhəli maddə daşıması təhlükəsinə qarşı BMT üzvü olan ölkələrə bu yükləri yoxlama öhdəliyi verilib.
Bu ölkədən kömür və dəmir alınması qadağan edilib, qızıl, titan və bənzər yeraltı sərvətlərin alınmasına məhdudiyyət qoyulub. Sanksiyalardan sonra Filipində Şimali Koreyaya məxsus gəmi saxlanılıb. Ötən ilin dekabrın 6-da isə Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib.
2016 –cı ilin yanvar ayında isə Şimali Koreyanın sualtı gəmidən raket sınaqları keçirdiyi barədə videoçarx yayılıb. Beynəlxalq ictimayyət bu silah sınaqlarını etirazla qarşılayıb.
Şərhlər