“Reuters”: Ankarada partlayışı PKK terror təşkilatı törədib
13.03.2016 23:52 Dünyadan reaksiya 919
“Reuters” xəbər agentliyi Ankarada baş vermiş partlayışı PKK terror təşkilatının törətdiyini bildirib.
APA-nın xəbərinə görə, “Reuters” xəbəri Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən verdiyini bildirib.
Mənbə bildirib ki, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.
Qeyd edək ki, bu gün axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb.
Şərhlər