Tanınmış futbolçunun atası terrorun qurbanı oldu
14.03.2016 15:40 Dünyadan reaksiya 1109
Türkiyədə baş verən dəhşətli terror aktında həyatını itirlənlərdən biri də “Qalatasaray” klubunun futbolçusu Umut Bulutun atası Kamal Bulutdur.
Teleqraf.com xəbər verir ki, o dünən Ankarada baş tutan “Gənclərbirliyi” - “Qalatasaray” oyununa oğlunu izləmək üçün gəlmişdi.
Qeyd edək ki, dünən Ankarada baş verən terror aktında 37 nəfər dünyasını dəyişib, 100-dən çox insan yaralanıb.
Şərhlər