ABŞ-da təyyarə qəzaya uğrayıb - dörd nəfər həlak olub
14.03.2016 16:59 Dünyadan reaksiya 1029
Bu gün, dörd nəfərlik təyyarə ABŞ-ın Aydaxo və Vayominq ştatlarının sərhəddində qəzaya uğrayıb.
Moderator.az “kp.ru”-ya istinadən xəbər verir ki, təyyarə Alpayn (Vayominq ştatı) şəhərinin hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra düşüb. Hava gəmisi qəzaya uğradıqdan sonra tamamilə yanıb.
“KTVB” televiziya kanalının məlumatına görə, fövqəladə vəziyyət nəticəsində iki kişi və iki qadın həlak olub.
Hal-hazırda, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları faciənin səbəblərini anlamaq üçün çalışırlar.
Qeyd edək ki, bu hadisə Amerika Birləşmiş Ştatlarında ilk hal deyil. Məsələn, keçən ilin dekabr ayında ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzaya uğrayıb. O zaman beş nəfər həlak olmuşdu.
Şərhlər