Ankara terrorçusu ilə bağlı yeni xəbər - “Qızımla görüşmürdüm...”
14.03.2016 17:34 Dünyadan reaksiya 977
Ankarada dünən baş verən terror hadisəsindən sonra 10 nəfər saxlanılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, kimliyi müəyyənləşən canlı bombanın ailəsi də saxlanılanlar arasındadır.
Seher Demir adlı terorçu tələbənin atası baş verənlərlə bağlı danışıb: “Qızımla 2013-cü ildən bəri heç görüşmədim. Seher universitetə gedən yeganə uşağımdır. Polislər gəldi, xəstəxanaya getdik və DNT testi etdilər”.
Şərhlər