Terror günü yayımlanan "Survivor" tənqid edildi

14.03.2016 17:47     Dünyadan reaksiya     955

Dünən Ankarada baş verən terror hadisələri televiziyaları proqram yayımında dəyişikliyə məcbur edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Deniz Akkaya, Lerzan Mutlu, Seda Sayan aparıcısı olduqları verilişlərin yayımını dayandırıblar. Kanal D "Kısmetse Olur" evlilik realiti-şousunu efirə verməyib.
 
Dünən Star TV-də Tolqa Çevikin yeni "Müdir, naber?" verilişi təxirə salınıb. Ancaq Acun İlıcalının rəhbəri olduğu "Survivor"un yayımı sosial mediada birmənalı qarşılanmayıb.

Eləcə də, müğənni Bengü konsertinin vaxtını dəyişib.

Şərhlər