Türk qırıcıları PKK-nı bombaladı

14.03.2016 18:16     Dünyadan reaksiya     850

Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümünə səbəb olan qanlı terror aktından sonra ölkənin Silahlı Qüvvələrinə aid hərbi təyyarələr havaya qalxıb.

Reaksiya.info AzVision.az-a istinadən xəbər verir ki, qırıcı təyyarələr İraqın Kandil dağında terror təşkiatı olan PKK hədəflərini bombalayıb. 

Belə ki, Kandil bölgəsində müəyyən edilən hədəflər (silah anbarı, sığınacaqlar) 9 "F-16" və iki "F-4 2020" ilə bombalanıb. Baş Qərargah İraqın şimalındakı PKK-ya aid 18 hədəfin uğurlu hava hərəkatı ilə məhv edildiyini açıqlayıb. Müəyyən edilən hədəflərə 30 dəfə atəş açılıb.

Şərhlər