Rusiyada 12 nəfər evdə yanaraq öldü

15.03.2016 10:05     Dünyadan reaksiya     908

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının  Sterlitamak şəhərində birmərtəbəli evdə baş verən yanğın nəticəsində 12 nəfər hlak olub.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb: "Yanğın Tukayeva küçəsindəki şəxsi evdə baş verib. Araşdırmalar zamanı məlum olub ki, ev 31 yaşlı kişi və 53 yaşlı qadına məxsusdur. Yanğının söndürülməsindən sonra evdə 12 cəsəd aşkar edilib. Hadisənin dəqiq səbəbləri araşdırılır".

Şərhlər

Çox oxunanlar