British Airways Azərbaycana uçuşları dayandırır

15.03.2016 11:18     Dünyadan reaksiya     926

British Airways şirkəti 2016-cı il may ayının 1-dən etibarən London-Bakı marşrutu üzrə uçuşları dayandırır. 

Axşam.az-ın məlumatına görə, bu barədə Trend-ə şirkətin Bakıdakı nümayəndəliyindən xəbər veriblər.

London-Bakı-London marşrutu üzrə son reys aprelin 29-da olacaq.

Şirkətdən uçuşların dayandırılmasının səbəbi kimi bu marşrut üzrə tələbatın az olması və kommersiya baxımından sərfəli olmaması göstərilib. Gələcəkdə bu marşrut üzrə yenidən uçuşların bərpa edilməsini də istisna etməyiblər.

Hazırda British Airways London-Bakı-London marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir.

Şərhlər

Çox oxunanlar