Ronaldodan alqışlanılacaq addım - FOTO

15.03.2016 14:46     Dünyadan reaksiya     1111

Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldonun "twitter" hesabında etdiyi paylaşım izləyicilərinin alqışını qazanıb. 31 yaşlı oyunçu suriyalı uşaqlar üçün təşkil olunan kampaniyaya dəstək verib.


O, əlində 5 yaşlı Suriyadan olan Aymanın şəkilini tutaraq, oğlu ilə birlikdə fotosunu paylaşıb. O, şəkilə "Futbol oynamağı balaca Kristiano (oğlu) qədər sevən Ayman kimi suriyalı uşaqları xilas edin" başlığını yazıb.


Ronaldonun sözügedən paylaşımı 1 milyon izləyicisi tərəfindən bəyənilib.

 

(Sport7.az)

 

Şərhlər

Çox oxunanlar