Rusiya hərbçilərinin qayıdış yolu Azərbaycandan keçir

15.03.2016 15:10     Dünyadan reaksiya     992

Putin qoşunlarını Suriyadan çıxardı.

Rusiya hərbçilərinin Suriyadan çıxarılma marşrutu sırasında Azərbaycan da göstərilib.  

Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumatında qeyd edilib.

“Rossiya 24” kanalının məlumatına görə, uçuşun dəqiq istiqaməti məxfi saxlanılır, amma ən rahat marşrutlar İran, İraq və Azərbaycandan keçən marşrutlardır.  

Xatırladaq ki, Vladimir Putin mart ayının 14-də müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov ilə görüşdə Rusiyanın əsas qüvvələrinin mart ayının 15-dən başlayaraq Suriyadan çıxarılmasına dair əmr verib. 

Bu gündən başlayaraq Rusiya hərbi qruplaşmasının Suriyadakı şəxsi heyəti Rusiya aerodromlarına yerləşməyə hazırlaşır.

Şərhlər

Çox oxunanlar