“Qırıcıların Suriyadan çıxarılması danışıqların nəticəsi deyil” - Peskov
15.03.2016 15:54 Dünyadan reaksiya 959
"Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyadan çıxarılması danışıqların nəticəsi deyil, prezident Vladimir Putinin qərarıdır".
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, prezident Putin hesab edir ki, qırıcılar öz tapşırıqlarını yerinə yetirdi: “Moskva rəhbərliyi bu addımla Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərmək niyyətində deyil. Bununla bağlı səsləndirilən fikirlər yanlışdır".
Peskov qeyd edib ki , son günlər Rusiya təyyarələrinin Suriyada uçuşu da azalıb: "Uçuşlar 70 faiz azalıb. Bununla əlaqədar düşünürük ki, böyük kontingentə ehtiyac yoxdur".
Şərhlər