Liseydə 12 şagirdə təcavüz edən müəllimə 150 il həbs cəzası verilib
16.03.2016 17:53 Dünyadan reaksiya 882
12 şagirdə qarşı cinsi təcavüz ittihamı ilə həbs olunan müəllim Ali D.-yə mühakimənin yekununda 150 il həbs cəzası istənilib.
Gün.Az “Doğan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, ötən ilin mart ayında Qaziantepin Süleyman Şah Məhəlləsində yerləşən Özəl İdarə Anadolu Liseyinin 12 qız şagirdi məktəb rəhbərliyinə müraciət edərək, müəllim Ali D.-nin masaj etmək adı ilə onları otağa salaraq təcavüz etdiyini bildirib.
Şagirdlərin bu iddiaları barəsində məlumat Milli Təhsil Müdirliyinə bildirildikdən sonra müəllim barəsində təhqiqata başlanılıb.
Bu iddia əsasında keçən il martın 16-da həbs edilən bir uşaq atası Ali D. ittihamı qəbul etməyərək, bunu ona qarşı qurulmuş tələ adlandırmışdı.
Bir il davam etmiş məhkəmə araşdırması zamanı müəllimin cinayəti sübuta yetirilib.
O, təcavüz etdiyi hər qız şagirdə görə 12 il (120 il), onların azadlığını məhdudlaşdırmağa görə isə hər qıza görə 2,6 il (31,2 il) – ümumilikdə 150 il azadlıqdan məhrum edilib.
Şərhlər