Rusiyadan Türkiyəyə yeni qadağa - Nar və bibər
16.03.2016 20:03 Dünyadan reaksiya 881
Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət agentliyi "Rosselxoznadzor" sabahdan etibarən Türkiyədən bibər və nar məhsullarının idxalına qadağa qoyulacağını açıqlayıb.
Teleqraf.com Rusiyanın "Sputnik" agentliyinə istinadən xəbər verir ki, "Rosselxoznadzor"dan verilən açıqlamaya görə, idxala qadağa qoyulması qeyd olunan məhsulların geninin dəyişdirilməsilə bağlıdır. Qadağanın müvəqqəti olduğu bildirilir. Qeyd edək ki, Rusiya eyni səbəblə Türkiyədən bir sıra kənd təsərrüfatı məhsulunun idxalına ötən il qadağa qoyub. Suriyada Rusiya təyyarəsinin vurulmasından sonra Kreml Türkiyə ilə iqtisadi əlaqələrə məhdudiyyətlər qoyub.
Şərhlər