Ankaranı qana boyayanlardan daha birinin kimliyi bilindi - 26 yaşı var
17.03.2016 10:29 Dünyadan reaksiya 1066
Martın 13-də Türkiyənin paytaxtı Ankarada dəhşətli terror aktı törədənlərdən daha birinin kimliyi bəlli olub.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ikinci “canlı bomba”nın 26 yaşlı Özgür Ünsal olduğu dəqiqləşib. Onun Zonguldakda qeydiyyatda olduğu və uzun müddətdir ki, Ankarada yaşadığı bildirilir.
Xatırladaq ki, martın 13-də Ankarada törədilən dəhşətli terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Hücum sonrası aparılan istintaq nəticəsində terroru törədən birinci “canlı bomba”nın 24 yaşlı Seher Çala Demir olduğu təsdiqlənib.
Şərhlər