Stalinin nəvəsindən qalmaqallı - FOTOLAR

17.03.2016 11:18     Dünyadan reaksiya     1002

Stalinin nəvəsi Kris Evansın sosial şəbəkədə paylaşdığı fotolar ABŞ və Rusiya mediasında böyük səs-küyə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qalmaqallı fotolardakı Evans SSRİ-nin ən uzunömürlü rəhbəri İosif Stalinin qız nəvəsidir. Doğum şəhadətnaməsində adı Olqa Peters olan 44 yaşlı Kris Evans Stalinin qızı Svetlana Alliluyevanın övladıdır. O, ABŞ-ın şimal qərbindəki Portlend şəhərində yaşayır və şəhərdəki kiçik antikvar mağazasının sahibidir.

Kris Evans həyatına dair bəzi maraqlı məqamları rus bloq yazarlarından olan Pavel Pryanikova danışıb. Evans “Mən babamın diktator olmasından məlumatsız idim:

"Babam mənim üçün sadəcə İkinci Dünya Müharibəsində aparıcı rol oynamış üç liderin – Çörçilin, Ruzveltin və Stalinin birgə fotosundakı şəxslərdən biri idi. Bir dəfə anam məndən ona diqqətlə qulaq asmağı xahiş etdi və atası haqqında danışmağa başladı. Mən yalnız onda babamın cinayətlərindən xəbərdar oldum”.

Stalinin nəvəsindən qalmaqallı -  Fotolar

Şərhlər

Çox oxunanlar