Moskvada azərbaycanlı biznesmen güllələndi
17.03.2016 13:09 Dünyadan reaksiya 985
Moskvada binanın girişində azərbaycanlı biznesmen güllələnib. Cəsədi həyat yoldaşı aşkar edib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə martın 17-də gecə saat 3 radələrində baş verib.
Azərbaycanlı biznesmeni killerin öldürdüyü ehtimal edilir. Qatil biznesmenə dörd güllə vurub, daha sonra isə başından yoxlama atəşi açıb.
Məlumata görə, qətlə yetirilən şəxsin adı Canbolat Şamil oğludur.
Sahibkarı naməlum şəxslər o gecə yeraltı parkinqdən evə qayıdarkən güllələyiblər. Qonşular atışma səsini eşidiblər, amma gecə vaxtı küçəyə çıxmağa qorxublar. Qətldən sonra həyat yoldaşı onun cəsədini aşkar edənə qədər, biznesmen üç saata yaxın küçədə qalıb.
Hadisə yerində Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə dövlət istintaq idarəsinin müstəntiqləri çalışırlar. Qətlə yetirilən şəxsin inşaat biznesi, eləcə də meyvə satışı ilə məşğul olduğu məlumdur.
Şərhlər