Almaniya Türkiyədəki diplomatik nümayəndəliklərinin işini dayandırıb
17.03.2016 14:37 Dünyadan reaksiya 914
Türkiyədə yeni terror aktları təhdidinə görə Almaniyanın Ankaradakı səfirliyi işini müvəqqəti dayandırıb.
Gün.Az xəbər verir ki, bu barədə “Deutsche Welle” Almaniya XİN-ə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Berlin İstanbuldakı konsulluğunun, həmçinin Ankaradakı alman məktəbinin də işini dayandırıb.
Qeyd edək ki, martın 15-də səfirlik öz vətəndaşlarına yeni terror təhdidlərinə görə xəbərdarlıq edib və onlara öz vətənlərinə qayıtmağı tövsiyə edib.
Şərhlər