Zibildaşıyan qadının üstündən keçdi - VİDEO

17.03.2016 16:49     Dünyadan reaksiya     919

Rusiyanın Çelyabinsk şəhərində dəhşətli qəza baş verib.

 KamAZ markalı zibildaşıyan maşını yolda hərəkət edən yaşılı qadının üstündən keçib.

Ehtimal olunur ki, sürücü binanın həyətindən çıxan qadını görməyib. Yük maşınının ön və arxa təkərləri altında qalan qadın yerindəcə keçinib.

Hadisəni törədən sürücü qaçmağa cəhd etsə də, tezliklə ələ keçib.  

Sürücünü 5 il müddətində azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

(Axar.az)

Şərhlər

Çox oxunanlar