Lavrov Bakıya gəlir

18.03.2016 11:58     Dünyadan reaksiya     1163

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü barədə detallar məlum olub.

Diplomatik mənbədən verilən məlumata görə, görüş Bakıda keçiriləcək. Belə ki, Rusiya XİN rəhbəri S.Lavrov cari il aprelin əvvəlində Bakıya səfər edəcək.

Görüşdə E.Məmmədyarov rusiyalı həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Gündəlikdə həmçinin Şimal-Cənub layihəsinin realizəsi məsələsi də var.

 

 (Trend.az)

Şərhlər