Kerri Moskvaya 4 günlük gedir - Səfərin vaxtı açıqlandı
19.03.2016 20:26 Dünyadan reaksiya 870
ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfərinin vaxtı açıqlanıb.
Kerri Rusiyada 22-25 mart tarixlərində olacaq.
ABŞ Dövlət Departamentinin saytında yer alan məlumatda o da bildirilir ki, Con Kerri prezident Vladimir Putin və bir sıra rəsmi şəxslərlə görüşəcək.
Ziyarətin əsas səbəbi Suriya məsələsini, Rusiyanın öz qoşunlarını bu ölkədən çıxarmasını müzakirə etməkdir.
Bununla yanaşı, Ukraynadakı durum, Minsk sazişinin icra vəziyyəti və Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun məsələsi də müzakirə olunacaq.
Strateq.az
Şərhlər